3 Fevral 2026, Çərşənbə axşamı
"Qarabağ" yeni transfer edir
"Qarabağ" və "Neftçi"dən qələbə
"Sumqayıt"da gözlənilməz ayrılıq
Yuri Vernidubdan qələbə şərhi

Ölkə futbolu

“Qəbələ” qapıçı transfer etdi

Mövsümün ikinci yarısı öncəsi heyətini gücləndirməkdə davam edən “Qəbələ” növbəti transferini gerçəkləşdirib. Futbolxeber.az-ın məlumatına görə, bunadək Rəşad Sadiqov və Aleksey Qayla müqavilə imzalayan “qırmızı-qaralar” bu dəfə yeni qapıçı ilə gücünə güc qatıb. "Qəbələ" ukraynalı qolkiper Dmitri Bezotosnını rənglərinə bağlayıb. Antalya toplanışı zamanı komandaya qoşulan çərçivə qoruyucusu ilə 6 aylıq müqavilə imzalanıb. Bezotosnı artıq "qırmızı-qaralar"la ilk məşqə də çıxıb.

15 noyabr 1983-cü ildə Ukraynada anadan olan Bezotosnı karyerası boyunca "Tovtrı" (2000), "Dnepr-3" (2001), "Saturn-REN TV" (2002-2004), "Metallurq-2" (Zaparojye, 2004-2007), "Metallurq" (Zaparojye, 2007-2011) və "Çenomorets" (2011-2014) klublarında əlcək geyinib. Əsasən Ukrayna klublarının şərəfini qoruyan qapıçı yalnız 2002-2004-cü illəri vətəndən kənarda - Rusiyada keçirib.

192 sm boya, 83 kq çəkiyə malikdir.


gabalafc.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28