29 Avqust 2026, Şənbə
Denzel Jubitana “Neftçi”də
III turun hakim təyinatları açıqlandı
"Qarabağ"ın "Xaric segah"ı...
"Qarabağ" "Tvente"yə məğlub oldu

Ölkə futbolu

“Berti Foqts izahat verməlidir”

AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan millisinin Avro-2016-da Xorvatiyaya 0:6 hesablı məğlubiyyətini şərh edib. Futbolxeber.az-ın məlumatına görə, bu gün jurnalistlərə açıqlamasında qurumu rəsmisi qeyd edib ki, seçmə mərhələdəki hər üç oyundakı məğlubiyyət pis nəticədir.

E.Məmmədov bildirib ki, baş məşqçinin qarşısına müəyyən vəzifə qoyulsa da, hələlik milli xal qazana bilməyib: "Bu isə komandanı qarşıya qoyulaq məqsəddən uzaqlaşdırır".

AFFA rəsmisi bildirib ki, xorvatlara biabırçı məğlubiyyət təhlil olunacaq və bu məsələ İcraiyyə Komitəsinin üzvləri ilə müzakirə olunacaq.

“Berti Foqts nəticələrə görə izahat verməlidir. 0:6 hesabı ilə uduzmamalı idik. İki səfər oyununda xalsız qayıtmaq da bizim məqsədimiz deyildi” - deyə o vurğulayıb.


qol.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31