6 Iyun 2025, Cümə
Özbəkistan millisi DÇ-2026-da
Ölkə kubokunun qalibi bilindi
“Neftçi” yeni transferini açıqladı
Əhmədzadə “Zirə”dən getdi

Ölkə futbolu

Qurbanovun 100-cü qələbəsi

Azərbaycan Premyer Liqasının VII turu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub. Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, 42 yaşlı mütəxəssis rəhbərlik etdiyi komanda ilə Azərbaycan çempionatlarında 100-cü qələbəsini qazanıb. Yubiley Qurbanovun məşqçilik karyerasını başladığı “Neftçi” ilə görüşə təsadüf edib. 3:1 hesabı ilə qalib gələn Ağdam təmsilçisi 2008-ci ildən bu klubda çalışan mütəxəssislə çempionatda 100-cü dəfə 3 xal əldə edib.

Qurbanovun baş məşqçiliyi dövründə “Qarabağ”ın qazandığı 100 qələbə 7 mövsümə təsadüf edib: 2008/09 - 14, 2009/10 - 14, 2010/11 - 17, 2011/12 - 15, 2012/13 - 16, 2013/14 - 21, 2014/15 - 3.

Qurbanov Azərbaycan çempionatları tarixində eyni komanda ilə 100 və daha çox qələbə qazanan 3-cü baş məşqçi olub. Ona qədər Qəhrəman Əliyev “Viləş”, Mehman Allahverdiyev “Kəpəz”də 100-ü arxada qoya bilmişdi.

Qeyd edək ki, ölkə çempionatlarında “Neftçi”ni də çalışdıran Qurbanov bu komanda ilə 19, ümumilikdə isə 119 qələbə qazanıb. Bu göstəricidə Azərbaycan rekordu Ağasəlim Mircavadova məxsusdur.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30