28 Avqust 2026, Cümə
"Qarabağ" "Tvente"yə məğlub oldu
“Qarabağ”dan ardıcıl iki transfer
ÇL: "Sabah"ın rəqibləri müəyyənləşdi
"Neftçi" Kurçi ilə yollarını ayırdı

Ölkə futbolu

“Qarabağ”: 672 gün və 659 dəqiqə

Azərbaycan çempionu “Qarabağ” üçün Azərbaycan Premyer Liqasının VI turu uğurlu alınıb. Futbolxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi Zaqatalanın “Simurq” klubu ilə ev oyununda uğursuz seriyanı qırıb. Belə ki, son 6 matçda rəqibinə qalib gələ bilməyən, hətta qol sevinci də yaşamayan Qurban Qurbanovun yetirmələri 1:0 hesabı ilə 3 xal əldə edib. 2012-ci il noyabrın 18-də öz meydanında 2:1 hesabı ilə qalib gələn “Qarabağ” 672 gündən sonra rəqibini məğlub edə bilib. Həmin matçın 35-ci dəqiqəsində avtoqola üzülən Elçin Süleymanovdan sonra 659 dəqiqəlik qol həsrəti yaşayan “Qarabağ” bu dəfə Vüqar Nadirovla “Simurq”u məyus edib. O, 64-cü dəqiqədə görüşün taleyini həll edən qola imza atıb.


pfl.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31