18 Iyun 2026, Cümə axşamı
"Qarabağ"dan daha bir transfer
ÇL: "Sabah"ın püşkdə yenə bəxti gətirdi
Cəlal Rumıniya klubunda
Sadıqov püşkü dəyərləndirdi

Ölkə futbolu

“Qarabağ”dan xal almağa gedirik”

"Rəqibimizi tanımağa çalışırıq ki, səfərdə necə oynayacağımızı bilək. Biz Bakıya xal almaq üçün gedirik". Futbolxeber.az-ın Qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri "Sent Etyen" klubunun futbolçusu Mustafa Bayal Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la qarşılaşacaqları oyun haqda danışarkən deyib.

Seneqallı yarımmüdafiəçi "Qarabağ" haqda heç bir məlumatlarının olmadığını deyib: "Rəqib haqda çox söz deyə bilmərəm. Yalnız bəzi oyunlarının videosuna baxmışıq. Ona görə də səfərdəki matçda çox diqqətli olmalıyıq. Bizi Bakıda asan oyun gözləmir. Rəqibin çoxsaylı azarkeşinin olduğunu bilirik. "Qarabağ" güclü azarkeş dəstəyi altında sabit çıxış etdiyini də bilirik".

Xatırladaq ki, "Qarabağ" - "Sent Etyen" oyunu sentyabrın 18-də keçiriləcək. Qarşılaşma saat 21:00-da başlayacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30