6 Oktyabr 2026, Çərşənbə axşamı
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Ölkə futbolu

“Bakı” “Simurq”la oyuna hazırdı

Sabah “Bakı” Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində doğma meydanda “Simurq”la qarşılaşacaq. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün “zolaqlılar” oyunöncəsi son məşqini keçirib.  

Saat 11:00-da yüngül qaçışla başlayan hazırlıq yerini dartınma hərəkətlərinə buraxıb. Ardınca əyləncəli qaçdı-tutdu oynayan futbolçular məşqin çox hissəsini “kvadrat”a həsr edib. Qısa məsafələrə sürətli qaçış tapşırığından sonra isə ikitərəfli oyun baş tutub. Rəmzi olaraq “göylər” və “yaşıllar”ın mübarizəsində birincilər (4:2) üstün olub.

Onu da qeyd edək ki, zədəsini sağaldan Əfran İsmayılov və Rauf Əliyev kollektiv məşqlərə qoşulub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31