8 Sentyabr 2026, Çərşənbə axşamı
Koxalski “Qarabağ”dan rəsmən getdi
Akinyemi rəsmən “Neftçi”də
Qurbanov: “Bu, təhlükəlidir”
Kurban Berdiyevdən qələbə şərhi

Basketbol

“Daha güclü olacağıq”

“Qalib gəlməyə davam etmək üçün inkişaf mütləqdir. Daha güclü olacağıq”.

Futbolxeber.az saytının məlumatına görə, bunu "Sərhədçi"nin basketbolçusu Jared Bynum klubun mətbuat xidmətinə açıqlamasında deyib.

ABŞ-dən olan oyunçu Azərbaycan Basketbol Liqasının XV turunda NTD-ni 84:83 hesabı ilə məğlub etdikləri matç haqqında fikirlərini bölüşüb: “Bu, həqiqətən yaxşı qarşılaşma idi. 10 xal geridən qayıdıb və qalib gəlmək lazım oldu. Bunu bacardıq. Ümumilikdə, inamlı qələbədir. Rəqib də yaxşı kollektivdir".

"Sərhədçi"nin yeni transferi komanda yoldaşları ilə oynamağın onun üçün xoş olduğunu söyləyib: “Özümü təsdiqləməyə, nə edə biləcəyimi göstərməyə və onların nə edə biləcəyini öyrənməyə çalışıram. Liqaya və üsluba öyrəşdikdən sonra daha yaxşı oyunlar oynamağa davam etmək istəyirəm”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30