17 Oktyabr 2026, Şənbə
Millimiz Çexiyaya məğlub oldu
Kandido: “Qələbəyə layiq idik”
Maksimov məğlubiyyəti şərh etdi
"Şamaxı" və "Sumqayıt"dan qələbə

Basketbol

"Kubokda yolumuza davam etməyə layiqik"

“Kubokda yolumuza davam etməyə layiqik”.

Futbolxeber.az saytının məlumatına görə, bunu "Gəncə"nin baş məşqçisi Halil Atlı basketbol üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Ordu" ilə oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis növbəti mərhələyə adladıqları üçün sevincli olduqlarını bildirib: “Qəbələni azarkeşlərimizə həsr edirik. Oyunun əvvəlindən sonuna kimi bizi dəstəklədilər. Biz də onlar üçün oynayırıq. Kubokda yolumuza davam etməyə layiqik. Mübarizə davam edir. Ən yaxşı nəticəyə imza atmağa çalışacağıq. Komandaya inanıram. Baskebolçulara təşəkkür edirəm. Rotasiya edib oynadıq. Qarşıda "Ordu" ilə daha bir oyunumuz var. Bu dəfə çempionatda üz-üzə gələcəyik. Həmin görüşə hazırıq, qələbə qazanıb yolumuza davam etmək istəyirik".

Qeyd edək ki, Gəncə İdman Sarayında keçirilən "Gəncə" - "Ordu" görüşü meydan sahiblərinin 81:62 hesablı qələbəsi ilə bitib. Qərb təmsilçisi 1/4 finalda "Sərhədçi" ilə qarşılaşacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31