23 Oktyabr 2026, Cümə
IX turun hakim təyinatları açıqlandı
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu

Basketbol

“Quba”nın baş məşqçisi: “Liqadakı uğursuzluğu kubokda kompensasiya etməyə çalışacağıq”

“Liqadakı uğursuzluğun əvəzini heç olmasa kubokda kompensasiya etməyə çalışacağıq”.

Futbolxeber.az saytının məlumatına görə, bunu "Quba" basketbol komandasının baş məşqçisi Şəhriyar Əsgərov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis "Abşeron"a qarşı bu gün keçirəcəkləri Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb: "Bu, fərqli turnirdir. Matça yaxşı hazırlaşmışıq. Bu mərhələ bir qarşılaşmadan ibarətdir. Bir matçla kifayətlənmək istəmirik. Məncə, şansımız da az deyil. Çünki burada "3+2" sistemi oynanılır. Fikrət Ələkbərov öz oyununu tapır, Zaur Paşayev artıq tam sağalıb. Bunlar bizim üçün üstünlük ola bilər".

Ş.Əsgərov rəqibi təhlil etdiklərini söyləyib: "Düzdür, “Abşeron”un yerli oyunçuları pis deyil. Rəqib çox güclü komandadır. Heyətində çox yaxşı əcnəbi oyunçular da yer alıb, onları izləmişəm. Ancaq qələbə haqqında düşünürük. Alınsa, çox sevinərik".

Qeyd edək ki, "Abşeron" - "Quba" görüşü bu gün, saat 19:00-da start götürəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31