23 Oktyabr 2026, Cümə
IX turun hakim təyinatları açıqlandı
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu

Basketbol

"Kubok matçında meydana yalnız qələbə üçün çıxacağıq"

“Meydana yalnız qələbə üçün çıxacağıq”.

Futbolxeber.az saytının məlumatına görə, bunu "Gəncə"nin basketbolçusu Elşad Şirzadov "Ordu"ya qarşı keçirəcəkləri Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan əvvəl klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Kapitan komandasının fanatları ilə güclü olduğunu bildirib: “Tribunalarda azarkeşləri görmək olduqca xoşdur. Oyun boyunca bizə lazımi dəstəyi verirlər. Ona görə onları “Ordu” ilə kubok matçına da dəvət edirəm. Biz bu görüşə xüsusi motivasiya ilə çıxacağıq. Çünki sonuncu qarşılaşmada rəqibimizə uduzmuşuq. Məşqçilərimizin köməyi ilə oyuna intensiv məşqlər etməklə hazırlaşırıq".

Şirzadovun fikrincə, “Gəncə”nin heyətində Azərbaycan millisinin iki üzvünün olması komandanın üstünlüyüdür: “Mən və Cəbrayıl Əkbərov yığmada çıxış edirik. Limitə görə üstünlüyümüz var. U-21 yığmasında oynayan Azər Əzimovu, eləcə də Maqsud Rüstəmovu da unutmaq olmaz. Düşünürəm ki, bizim yerli oyunçularımız yetərincə güclüdürlər. Kubokda üstünlüyümüz var”.

O, çempionatdakı limitin fərqli olduğunu söyləyib: "Məşqçilər tərəfindən seçilən oyun sistemimiz var. Dediyim kimi, son çempionat matçında “Ordu”ya məğlub olduğumuzdan bu komandaya qarşı oyunlara ciddi hazırlaşırıq. Hər detalı incələyirik. Əvəz çıxmaq istəyirik. Bundan sonrakı bütün görüşlər bizim üçün çox vacibdir. Qrup birincisi olaraq 1/4 finala birbaşa adlamaq istəyirik. Məqsədimiz budur”.

Qeyd edək ki, "Gəncə" - "Ordu" görüşü yanvarın 29-da, saat 14:00-da start götürəcək.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31