3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Futzal

Vitali Borisov: "Millidə görüləsi işlər çoxdur"

“Bu gün komanda olaraq daha yaxşı oynadıq. Rəqibə daha az real qol şansı verdik. Əksinə, birinci oyunla müqayisədə fərqlənmək üçün bu dəfə daha çox epizodumuz oldu".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycanın futzal millisinin baş məşqçisi Vitali Borisov Gürcüstanla bu gün keçirilən yoldaşlıq oyunundan sonra deyib.
 
O, 1:2 hesabı ilə uduzduqları matçı belə şərh edib: "Narazı qaldığım məqam odur ki, yenə qolları standart vəziyyətlərin icrasından sonra buraxdıq. Bunun üzərində çox işləməli, daha çox oyun keçirməliyik. Oyunun gedişində U-19-dan dəvət etdiyimiz İlham Alıyevə də debüt etmək şansı yaratdıq. Onun da ümidləri doğrultduğunu, komandamıza kömək etdiyini deyə bilərəm. Görüləsi işlər çoxdur və zaman lazımdır”.
 
Qeyd edək ki, bu komandalar iki gün əvvəl də üz-üzə gəliblər və Azərbaycan millisi Gürcüstana 2:3 hesabı ilə uduzub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31