3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Futzal

Vitali Borisov: "Milli komandanı yenidən formalaşdırırıq"

Dünən beynəlxalq yoldaşlıq oyununda Gürcüstan yığması ilə qarşılaşan Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov matçla bağlı fikirlərini bildirib.

Futbolxeber.az saytının məlumatına görə, o, azfutzal.az-a açıqlamasında 2:3 hesablı məğlubiyyəti belə şərh edib:

"Bilirsiniz ki, milli komandanı yenidən formalaşdırırıq. Budəfəki heyətimiz demək olar, sırf Azərbaycan çempionatında çıxış edən futzalçılardan ibarətdir. Bu görüş 2024-cü ildə ilk beynəlxalq oyunumuz idi. Uşaqlardan razı qaldım. Sona qədər mübarizə apardılar. Rəqibimiz olan Gürcüstan millisi də zəif komanda deyil. Bu gün bizdən üstün oynadılar. Narazı qaldığım məqam iki qolu standart vəziyyətdən buraxmağımızla bağlıdır. Bu da bir yerdə çox işləməməyimizin nəticəsidir. Bu cür oyunları çox keçirməliyik ki, uşaqlar inkişaf etsinlər".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31