14 May 2024, Çərşənbə axşamı
Sxadadze Gürcüstana yollanıb
XXXVI turun oyun cədvəli açıqlandı
Bir fotonun qorxusu... - QEYD
"Bizə heç kim nəsə dəyə bilməz"

Digər idman növləri

Azərbaycanın 5 boksçusu Bakıdakı beynəlxalq turnirdə yarımfinala yüksəlib

Bakıda kişi və qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turniri davam edir.
 
Futbolxeber.az saytının məlumatına görə, 11 ölkənin 121 idmançısının qatıldığı yarışın ikinci günündə Azərbaycan millisinin daha 5 üzvü mərhələ adlayıb.
 
57 kq-da Şamil Əsgərov növbəti qələbəsini qazanıb. 1/4 finalda Qodir Axtamovla (Özbəkistan) döyüşən boksçumuz rəqibini 5:0 (30:27, 30:27, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub edib. Əsgərov yarımfinalda Buzurqmehr İskanovla (Tacikistan) üz-üzə gələcək.
 
Onun uğurunu Əzrər Bəbirov (60 kq) da təkrarlayıb. Yığma üzvü 1/4 finalda Tukqunbek İmankadirovla (Qırğızıstan) görüşdə 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. Bəbirov finala gedən yolda Sayat İlyasovla (Özbəkistan) döyüşəcək.
 
63,5 kq-da Azərbaycan dueli baş tutub. Tayfur Əliyevlə Cavid Çələbiyevin qarşılaşmasında birinci 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib. O, bu raundda rusiyalı İlya Popovla qarşılaşacaq.
 
Bu çəki dərəcəsində Malik Həsənov da 1/4 final döyüşünü qalib kimi başa vurub. O, iranlı Bağır Faracidən güclü olub – 3:2 (28:29, 30:27, 28:29, 29:28, 29:28). Həsənov yarımfinalda Abdullah Madaminovla (Özbəkistan) üz-üzə gələcək.
 
80 kq-da Sərxan Budaqov isə döyüşsüz mərhələ adlayıb. Pakistanlı Kaleem Muhammad görüşə gəlmədiyindən boksçumuz yarımfinalda iştirak hüququ qazanıb. O, bu mərhələdə özbəkistanlı Fazliddin Erkinboyevlə münasibətinə aydınlıq gətirəcək.
 
5 boksçumuz yarımfinala vəsiqə qazandığından özü üçün ən azı bürünc medalı da təmin edib.
 
Qeyd edək ki, Boks Mərkəzində keçirilən yarışın üçüncü gününün döyüşləri saat 14:00-da başlayacaq. Turnirdə final görüşləri isə martın 28-də olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31