14 May 2024, Çərşənbə axşamı
Sxadadze Gürcüstana yollanıb
XXXVI turun oyun cədvəli açıqlandı
Bir fotonun qorxusu... - QEYD
"Bizə heç kim nəsə dəyə bilməz"

Digər idman növləri

Azərbaycanın üzgüçülük komandası Latviyada qızıl medal qazanıb

Azərbaycanın üzgüçülük üzrə gənclər və yeniyetmələrdən ibarət millisi Latviyanın paytaxtı Riqada keçirilən turnirdə uğurlu çıxış edib.
 
Futbolxeber.az saytına Azərbaycan Üzgüçülük Federasiyasından verilən məlumata görə, kişilərdən ibarət komanda 4x200 metr məsafədə sərbəst üsulla üzməkdə ən yüksək nəticə göstərərək turnirin qalibi olub.
 
Bundan başqa, şəxsi yarışlarda açıq yaş qrupunda Əbdürrəhman Rüstəmov 100, 200 metr məsafələrdə batterflay üsulunda gümüş, Oqtay Hüseynov 100, 200 metr batterflay üsulunda bürünc, Süleyman İsmayılzadə 200, 400 və 1500 metr məsafələrdə gümüş, Səid Həmidov 200 mert məsafədə qarışıq üsulda bürünc, Mehri Əbdürrəhmanlı 200 metr məsafədə batterflay üsulunda bürünc mükafat əldə ediblər.
 
S.İsmayılzadə və M.Əbdürrəhmanlı öz yaşıdları arasında rekordları yeniləyiblər.
 
Qeyd edək ki, yarışa ilk dəfə rekord sayda, 760 idmançı qatılıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31