14 May 2024, Çərşənbə axşamı
Sxadadze Gürcüstana yollanıb
XXXVI turun oyun cədvəli açıqlandı
Bir fotonun qorxusu... - QEYD
"Bizə heç kim nəsə dəyə bilməz"

Ölkə futbolu

Musa Qurbanlı: “Qarabağ”a qayıtmaq barədə hər hansı bir söhbət olmayıb”

Milli komandamızın hücumçusu Musa Qurbanlı icarə əsasında “Qarabağ”a qayıdacağı barədə yayılan xəbərləri təkzib edib.

Futbolxeber.az saytına açıqlamasında 22 yaşlı forvard hazırda çıxış etdiyi İsveçin “Yurqorden” klubundan tezliklə ayrılmaq barədə düşünmədiyini bildirib: “Belə bir məlumatım yoxdur. Hələ ki “Yurqorden”dəyəm və “Qarabağ”a qayıdacağım barədə heç bir qərar verilməyib. Bu haqda danışığımız olmayıb. Mən “Yurqorden”in futbolçusuyam və bu klubun uğurları üçün çalışıram. “Qarabağ”a qayıtmaq barədə hər hansı bir söhbət olmayıb”.

M.Qurbanlı İsveç klubundakı çətinliklərə hazır olduğunu vurğulayıb: “Mən İsveçə gedəndə bilirdim ki, bu, nağıl deyil, birdən-birə hansısa partlayış olmayacaq. Futbolda belə çətinliklər olur. Hazır idim bu çətinliklərə. Təbii ki, oynamayanda nəinki mənim üçün, ümumiyyətlə hər bir futbolçu üçün psixoloji cəhətdən asan olmur”.

O, hazırda öz şansını gözlədiyini söyləyib: “Fasilə müddətində komandaya yeni futbolçular cəlb olundu. Ola bilər ki, baş məşqçi hazırda yeni transferlərə daha çox şans verir. Mənim işim məşqlərimi edib öz şansımı gözləməkdir”.

Qeyd edək ki, dünən ölkə mətbuatında yayda Musa Qurbanlının “Qarabağ”a qayıdacağı və 2024/25 mövsümünü icarə əsasında Ağdam klubunda keçirəcəyi barədə xəbərlər yayılıb.

Əlavə edək ki, onun “Yurqorden”lə müqaviləsi 2026-cı ilin yayına kimidir.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31