25 Oktyabr 2026, Bazar günü
Millimiz Andoraya qalib gəldi
Balayev(lər)in sual fobiyası... - YAZI
Kurban Berdıyev: “Xal itirdik”
“Neftçi” qələbəni əldən verdi

Xarici futbol

Kamilo Duran "Milan"a qol vurdu

Bu yay "Qarabağ"dan "Seltik"ə keçən Kamilo Duran növbəti qolunu vurub.

Futbolxeber.az saytının məlumatına görə, kolumbiyalı hücumçu bu dəfə "Milan"ın qapısına yol tapıb.

Duran "Seltik Park"da İtaliya nəhəngi ilə keçirilən yoldaşlıq görüşünün 11-ci dəqiqəsində hesabı açıb. O, 27-ci dəqiqədə komanda yoldaşı Ceyms Forestin vurduğu qolun isə ötürməsini edib.

Lakin ikinci hissədə “Milan” geridönüş edib. Kamardanın dublu yekun nəticəni müəyyənləşdirib - 2:2.

Qeyd edək ki, Duran artıq "Seltik"də ardıcıl 3-cü oyunda fərqlənməyi bacarıb. O, bundan əvvəl "Sportinq" və "Midlsbro" ilə yoldaşlıq görüşlərində də qol vurmuşdu.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31