25 Oktyabr 2026, Bazar günü
Kurban Berdıyev: “Xal itirdik”
“Neftçi” qələbəni əldən verdi
DÇ: Millimizdən darmadağın
“Qəbələ” və “Zirə” qalib gəldi

Xarici futbol

Belarus klubu avrokubok oyunlarını Sumqayıtda keçirəcək

Belarusun BATE klubu UEFA Konfrans Liqasında ev oyunlarını Azərbaycanda keçirəcək.

Futbolxeber.az-ın məlumatına görə, bu barədə Belarusun football.by saytı yazıb.

Bildirilib ki, Borisov təmsilçisi ev arenası kimi Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunu sifariş edib. BATE Konfrans Liqasındakı rəqiblərini məhz bu stadionda qəbul edəcək.

Qeyd edək ki, BATE Konfrans Liqasına 1-ci təsnifat mərhələsindən qoşulacaq. Bu mərhələnin püşkatma mərasimi iyunun 16-da keçiriləcək. Oyunlar isə iyulun 9-u və 16-da baş tutacaq.

Xatırladaq ki, Ukraynadakı müharibə ilə əlaqədar UEFA Belarus komandalarına doğma meydanda beynəlxalq oyunlar keçirmək qadağası qoyub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31