10 Sentyabr 2026, Cümə axşamı
Koxalski “Qarabağ”dan rəsmən getdi
Akinyemi rəsmən “Neftçi”də
Qurbanov: “Bu, təhlükəlidir”
Kurban Berdiyevdən qələbə şərhi

Xarici futbol

Yuri Maksimov: “Azərbaycandan mənə dedilər ki, gözləyin”

Ukraynalı məşqçi Yuri Maksimov Azərbaycandan təklif aldığını açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, vaxtilə “Keşlə”ni (indiki “Şamaxı”) çalışdırmış mütəxəssis bu barədə yerli “Tribuna” nəşrinə müsahibəsində deyib.

O, hazırda işsiz olduğunu və bir neçə ölkədən təklif aldığını bildirib: “Təkliflər var idi – Azərbaycandan, Qazaxıstandan və Sloveniyadan. Amma hələlik heç nə dəqiqləşməyib”.

57 yaşlı məşqçi Azərbaycana qayıtmaq ehtimalına da toxunub: “İndi isə Azərbaycandan mənə dedilər ki, gözləyin”.

Qeyd edək ki, Yuri Maksimov 2017-2018-ci illərdə “Keşlə”nin baş məşqçisi olub və komandanı Azərbaycan Kubokunun qalibi edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30