7 Sentyabr 2026, Bazar ertəsi
Qurbanov: “Bu, təhlükəlidir”
Kurban Berdiyevdən qələbə şərhi
"Neftçi” liderliyə yüksəldi
"Qəbələ" və "Şamaxı"dan qələbə

Xarici futbol

Çexlər “Qarabağ” və “Neftçi”nin futbolçularını məyus etdilər

"Qarabağ"ın futbolçuları Marko Yankoviç və Marko Veşoviç, eləcə də “Neftçi”nin üzvü Ervin Kuçun çıxış etdiyi Monteneqro millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, Robert Prosineçkinin baş məşqçi olduğu komanda səfərdə Çexiya ilə qarşılaşıb.

Matç çexlərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Həm Yankoviç, həm Veşoviç, həm də Kuç meydana start heyətdə çıxıb. Yankoviç sona qədər oynayıb. Kuç 62-ci dəqiqədə Stefan Lonkarla, Veşoviç isə 84-cü dəqiqədə Marko Vukçeviçlə əvəzlənib. “Qarabağ”ın müdafiəçisi 45+2-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

Seçmə mərhələdə ilk məğlubiyyətini alan Monteneqro millisi 3 oyundan sonra 6 xalla qrupda ikinci pillədə qərarlaşıb. Komanda növbəti oyununu sentyabrın 5-də öz meydanında Çexiyaya qarşı keçirəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30