8 Sentyabr 2026, Çərşənbə axşamı
Qurbanov: “Bu, təhlükəlidir”
Kurban Berdiyevdən qələbə şərhi
"Neftçi” liderliyə yüksəldi
"Qəbələ" və "Şamaxı"dan qələbə

Xarici futbol

Argenfinalı müdafiəçi “Neftçi”nin hədəfində?

“Neftçi” argentinalı müdafiəçi Lukas Masoero ilə maraqlanır.

Futbolxeber.az saytının məlumatına görə, bu iddia ilə “GSP” nəşri çıxış edib.

Nəşrin yazdığına görə, “ağ-qaralar” üçün “Universitatye Kluj”dan ayrıldıqdan sonra azad agent olan Masoeronı heyətinə qatmaq istəyir. Lakin bu, heç də asan olmayacaq. Çünki 30 yaşlı müdafiəçi ilə “Qaziantep”, “Fatih Karagümrük”, "Gənclərbirliyi", “Baniyas”, “Əl-Dafra” kimi klubları da maraqlanır.

Qeyd edək ki, Masoero son mövsümdə Rumıniya klubunun heyətində meydana çıxdığı 36 görüşdə 6 qol vurub, 1 dəfə məhsuldar ötürmə müəllifi olub. O, buna qədər “İndependyente Rivadaviya”, “Deportivo Maipu” (hər ikisi Argentina), “Lokomotiv” (Plovdiv, Bolqarıstan), “Nijniy Novqorod”(Rusiya) klublarında da forma geyib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30