8 Mart 2026, Bazar günü
Millimiz Macarıstana məğlub oldu
"Sumqayıt" qələbəni əldən verdi
Kurçinin qolu ayın ən yaxşısı seçildi
"Kəpəz" rəhbərliyində dəyişikliklər

Xarici futbol

“Barselona” Fliklə yeni müqavilə imzalayır

“Barselona” baş məşqçisi Hans-Diter Fliklə yeni müqavilə imzalayacaq.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Kataloniya klubunun vitse-prezidenti Rafa Yuste bildirib.

Onun sözlərinə görə, artıq gələn həftə tərəflər sözləşməni rəsmiləşdirə bilərlər.

Alman mütəxəssisin yeni müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulacaq.

2024-cü ilin iyulundan “Barselona”nı çalışdıran Hans-Diter Flikin hazırkı müqaviləsi 2026-cı ilin yayına kimidir.

Xatırladaq ki, cari mövsümdə “Barsa” Flikin rəhbərliyi altında İspaniya çempionluğunu, ölkə kubokunu və Superkuboku qazanıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31