Xarici futbol
Riçard Almeyda: “Azərbaycanlılar futbolun elə də böyük fanatları deyillər”
“Qarabağ”ın və Azərbaycan millisinin sabiq futbolçusu Riçard Almeyda Braziliya mətbuatına müsahibə verib.
Futbolxeber.az saytının məlumatına görə, yutub kanalında yayımlanan "Exclusiva TSP" rubrikasında sualları cavablandıran 36 yaşlı yarımmüdafiəçi əvvəlcə hazırkı klubu “Primavera”dakı (Braziliya) işlərindən danışıb:
“Əvvəlcə heç asan deyildi. Xaricdəki vaxta, oradakı oyun sisteminə uzun illərdən sonra uyğunlaşmışdım. Buraya qayıdanda mənim üçün asan olmayacağını ilk gündən bilirdim. Burada heyət çox keyfiyyətlidir. Mənim oynadığım mövqedə də güclü futbolçular var idi. Amma baş məşqçimiz - professor Fernando, oyunçular və bütün məşqçi heyəti mənimlə çalışaraq uyğunlaşmağım üçün dəstək oldular. Bəli, mən mövsümün ortasında gəldim. Onda komandanın ritmi başqa idi".
O, Braziliya və Azərbaycandakı azarkeş mədəniyyəti arasında fərqləri belə təsvir edib: "Azərbaycanda çox azarkeş olmur, onlar futbolun elə də böyük fanatları deyillər. Ancaq Avropa Liqasında və ya Çempionlar Liqasında oynayanda stadion dolurdu. Yerli liqada isə yalnız derbi oyunlarında stadionda azarkeş çox olur. Amma burada, Braziliyada küçədə azarkeşi görürsən. Son oyunlarda “Santo André”də stadiona daxil olarkən azarkeşlərin dəstəyi inanılmaz idi. Braziliyadan tez ayrıldığım üçün bu hissi burada əvvəl yaşamamışdım. Hətta telefonumda videolar saxlamışam. Bu, braziliyalıların futbola necə aşiq olduqlarını göstərir".
Almeyda “Qarabağ”da çıxış edərkən Çempionlar Liqasının qrup mərhələsində meydana çıxdığı görüşləri də xatırlayıb. O, bu oyunların unudulmaz olduğunu bildirib: "İlk oyunumuz İngiltərədə “Çelsi”yə qarşı idi. Gənc olanda televizorda izlədiyim bu komandalarla real həyatda oynamaq çox xüsusi hissdir. Sonra “Atletiko” Madrid ilə “Vanda Metropolitano” stadionunda oynadıq. Sonra “Roma”nın Olimpiya stadionunda meydana çıxdıq. Bu, bir futbolçu üçün unudulmaz hisslərdir".
2017-2023-cü illərdə Azərbaycan milli komandasında çıxış edən Almeyda bundan qürur duyduğunu deyib: "Sən Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında necə çıxış edirsənsə, dünya çempionatı və Avropa çempionatının seçmə mərhələləri də o qədər vacibdir. Mən Almaniya, Xorvatiya, Sloveniya, Slovakiya kimi milli komandalara qarşı oynadım. Bu, mənim üçün böyük şərəf idi. Bu onu göstərir ki, ölkədəki fəaliyyətim dəyərləndirildi. Çünki hər kəsə vətəndaşlıq verilmir”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
13:17
Balayev(lər)in sual fobiyası...
-
13:00
Krivotsyukun komandası həlledici mərhələyə yüksəldi
-
12:44
Bakıda Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası
-
12:21
Mahirin komandası sonda bir xalı əldən verdi
-
12:07
Derbidə sevinən tərəf "Tottenhem" oldu VİDEO
-
11:55
Baklov səhvini etiraf etdi: “Rəqibin baş zərbəsi zamanı daha yaxşı oynaya bilərdim”
-
11:36
Nəriman yenə ehtiyatda oturdu
-
11:12
"Borussiya" sonda sevindi VİDEO
-
10:48
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
-
10:23
"Napoli" - "Roma" matçında 6 qol VİDEO
-
10:09
Balayev müsahibəni yarımçıq saxladı: “Səhv söhbətində...”
-
09:54
"Arsenal"ın qələbəsi VİDEO
-
09:31
Abdullazadənin komandası məğlub oldu
-
09:17
"Mançester Siti" səfərdə xalsız qaldı VİDEO
-
09:10
DÇ: Millimiz bu gün 2 oyun keçirəcək
-
09:00
Premyer Liqamızda IX tura yekun vurulur
-
23:33
Ehtiram Quliyev: “Bu gün bir xal qazanmadıq, iki xal itirdik”
-
23:00
Prezident milli üzvləri ilə görüşdü: “Bütün qollar bir-birindən gözəl idi” FOTOLENT
-
22:14
Vernidub: “Bunu həzm edib, irəliyə baxmaq lazımdır”
-
21:49
"Neftçi" - "Turan Tovuz" matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
21:22
Kurban Berdıyev: “Xal itirdik”
-
21:07
İki güləşçimiz dünya çempionatının finalında
-
20:56
“Neftçi” qələbəni əldən verdi
-
20:51
DÇ: Millimizdən darmadağın
-
20:38
"Kəpəz"dən əzmkar qələbə VİDEO
-
20:25
Bakıda U-15 dünya çempionatının açılış mərasimi keçirilib
-
18:13
"Neftçi" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
15:59
Şahmatçılarımız Avropa Kubokunda 2 medal qazanıblar
-
14:04
Emil Mustafayev: “Təzyiq yox, motivasiya var idi”
-
13:42
FİFA və AFFA rəsmiləri Hövsan Yarış Kompleksində
-
13:27
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
-
12:51
Kişi voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:18
"Torino" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:00
Dimitri Leqbo: “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik”
-
10:45
"Ştudqart" öz meydanında uduzdu VİDEO
-
10:23
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazanıblar
-
10:09
"Kocaelispor"dan səfər qələbəsi VİDEO
-
09:54
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
-
09:32
Kökçü sevindi, Yunuszadə məyus oldu
-
09:17
Cəlalın komandasından səfər qələbəsi
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
-
20:54
“Qəbələ” və “Zirə” qalib gəldi
-
19:37
3 boksçumuz Avropa çempionatının finalında
-
19:21
"Araz-Naxçıvan" - "Qəbələ" matçında 3 qol VİDEO
25.10.2026
24.10.2026
23.10.2026
























