24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Xarici futbol

“Nürnberq” Emreli ilə danışıqlara başladı

Almaniyanın “Nürnberq” klubu Azərbaycan milli komandasının üzvü olan hücumçusu Mahir Emreli ilə müqavilənin müddətini uzatmaq istəyir.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə “Kicker” yazıb. Klubun idman direktoru Joti Chatzialexiou məlumatı təsdiqləyib.

Onun sözlərinə görə, 27 yaşlı hücumçu ilə müqavilənin uzadılması üçün danışıqlar aparılır.

Ötən yay “Nürnberq”ə keçən azərbaycanlı futbolçunun müqaviləsinin müddəti bu yay başa çatır.

Xatırladaq ki, M.Emreli bu mövsüm 2-ci bundesliqada 19 oyuna 4 qol vurub, 1 qolun ötürməsini edib. O, daha bir dəfə isə Almaniya kubokunda rəqib qapısına yol tapıb.

Emreli ən son ötən həftə “Kayzerslautern”lə matçda (2:1) komandasının ikinci qolunun müəllifi olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31