24 Aprel 2026, Cümə
“Səbail” darmadağınla ikinci pillədə
"Cəbrayıl" “Mingəçevir”ə qalib gəldi
“Qarabağ” rəsmiləri UEFA Forumunda
Kubokda ilk finalçı müəyyənləşdi

Xarici futbol

"Barselona"nın seriyası qırıldı

"Barselona" 2025-ci ildə ilk dəfə uduzub.

Futbolxeber.az saytının məlumatıan görə, Kataloniya təmsilçisi UEFA Çempionlar Liqasının 1/4 finalının cavab matçında Dortmund "Borussiya"sına məğlub olub - 1:3.

"Barselona" bütün turnirlər nəzərə alınmaqla 24 oyundan sonra məğlubiyyətlə üzləşib. İspaniya klubu bu müddətdə 20 qələbə qazanıb, 4 dəfə heç-heçə edib. Hans-Diter Flikin komandası sonuncu dəfə dekabrın 15-də La Liqanın 17-ci turunda "Leqanes"ə uduzmuşdu - 0:1.

Xatırladaq ki, "Barselona" "Borussiya"ya uduzsa da, ilk oyunda 4:0 hesabı ilə qalib gəldiyindən yarımfinala yüksəlib. Onların bu mərhələdəki rəqibi "İnter" - "Bavariya" (2:1) cütünün qalibi olacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30