11 Avqust 2026, Çərşənbə axşamı
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi

Xarici futbol

Azərbaycan millisi ilə oyundan əvvəl qələbə

Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsindəki rəqiblərindən olan Belçika yoldaşlıq oyununda qüvvəsini sınayıb.
 
Futbolxeber.az saytının məlumatına görə, Domeniko Tedeskonun baş məşqçisi olduğu kollektiv Serbiyanı qəbul edib.
 
Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə bitib - 1:0. Yeganə qolu 2-ci dəqiqədə Yannik Karrasko vurub.
 
Qeyd edək ki, Azərbaycan yığması seçmə mərhələdə sonuncu matçını məhz Belçiya qarşı keçirəcək. Noyabrın 19-da Brüsseldə reallaşacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Final mərhələsinə vəsiqəni əvvəlki turlarda təmin edən “qırmızı şeytanlar” hazırda F qrupunda 17 xalla liderdir. Millimiz isə 4 xalla 4-cü pillədə qərarlaşıb.
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31