10 Mart 2026, Çərşənbə axşamı
Qurban Qurbanovdan qələbə şərhi
Demçenko: “Futbolçular cərimələnəcək”
"Neftçi"də yeni təyinat reallaşıb
"Qarabağ"dan böyük hesablı qələbə

Xarici futbol

“Olimpiya” yarımmüdafiəçisini “Eyüpspor”a satdı

"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Olimpiya” (Sloveniya) futbolçusu Svit Seşlarla yollarını ayırıb.

Futbolxeber.az saytının məlumatına görə, 21 yaşlı yarımmüdafiəçi karyerasını Türkiyə “Eyüpspor”unda davam etdirəcək. “Olimpiya” Sloveniyanın gənclər millisinin də üzvü olan oyunçunun transferindən 2,5 milyon avro qazanıb.

Qeyd edək ki, Svit pley-offun ilk matçında “Qarabağ”a qarşı 72 dəqiqə oynayıb. Görüş Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Əlavə edək ki, “Qarabağ”la “Olimpiya” arasında cavab oyunu avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31