24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Xarici futbol

Kurtua millimizlə oyuna çağırılacaq

Belçika millisinin qapıçısı Tibo Kurtua AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniya yığmaları ilə keçiriləcək oyunlara çağırılacaq.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, 31 yaşlı qapıçı yığma karyerasını bitirmək fikrində deyil.

Son toplanış zamanı kapitanlıq sarğısının ona verilməməsindən narazı qalaraq baş məşqçi Domeniko Tedesko ilə mübahisə edən qolkiper Madriddə Belçika Futbol Assosiasiyasının nümayəndələri ilə görüşüb. Tedesko özü də tezliklə ulduz futbolçu ilə görüşəcək.

Qeyd edək ki, AVRO-2024-ün seçmə mərhələsində sentyabrın 9-da Azərbaycan millisinin qonağı olacaq Belçika üç gün sonra Estoniyanı qəbul edəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31