21 Yanvar 2026, Çərşənbə
"Qarabağ" "Ayntraxt"a qəbul edir
Millimiz FİFA reytinqində neçəncidir?
"Ayntraxt" Bakıda məşq etməyəcək
"Araz-Naxçıvan"dan 4 qollu qələbə

Xarici futbol

Arteta: “Mançester Siti” ilə oyunu səbirsizliklə gözləyirəm”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasında “Mançester Siti”yə qarşı keçiriləcək oyunu səbirsizliklə gözləyir.

Futbolxeber.az saytının məlumatına görə, bu haqda ispan mütəxəssis açıqlamasında deyib:

“Bu oyunu səbirsizliklə gözləyirəm. Həmin matçda bütün kartlar ortaya qoyulacaq. Lazımi qələbəni qazanmaq lazımdı. Futbolun da gözəlliyi məhz bundadı. Sən hər zaman birinci olmaq istəyirsən. Bizi Mançesterə inanılmaz səfər gözləyir. Bu görüşə çox ciddi hazırlaşırıq. Amma bu, final oyunu deyil. Çünki qarşıda hələ 6 matç var. Komandamda inanılmaz istək var və bu, məni çox sevindirir”.

Qeyd edək ki, hazırda 75 xalı olan “Arsenal” turnir cədvəlində “Mançester Siti”ni 5 xal qabaqlayır. Lakin mançesterlilərin ehtiyatda 2 oyunu var.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31