27 Iyul 2026, Bazar ertəsi
"Sumqayıt" "Kəpəz"lə bərabərə qaldı
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Urfan Abbasov "Kəpəz"ə keçdi
Ceyhun Nuriyev “Araz-Naxçıvan”da

Xarici futbol

UEFA “Dinamo”nu “Qəbələ” ilə oyundakı irqçiliyə görə cəzalandırdı

UEFA Gürcüstanın “Dinamo” klubunu cəzalandırıb.

Futbolxeber.az saytının məlumatına görə, buna səbəb Tbilisi klubunun azarkeşlərinin Avropa Liqasının 2-ci təsnifat mərhələsinin “Qəbələ” ilə cavab oyunu zamanı irqçi davranışları olub.

"Dinamo" Hollandiya "Feyenoord"u ilə Avropa Liqasının III təsnifat mərhələsindəki cavab görüşünü azarkeşsiz keçirəcək. Klub eyni zamanda 50 min avro cərimə olunub.

Bundan başqa, “Feyenoord”la cavab oyununda Boris Payçadze adına “Dinamo” stadionunda "EqualGame" banneri asılmalıdır.

Xatırladaq ki, “Qəbələ” Avropa Liqasının 2-ci təsnifat mərhələsində hər iki oyunda “Dinamo”ya məğlub olaraq (ilk oyun 0:2, cavab oyunu 0:3), mübarizəni dayandırıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31