26 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Avstraliyaya uduzdu
"Qarabağ" bir xalla kifayətləndi
Balayev(lər)in sual fobiyası... - YAZI
Kurban Berdıyev: “Xal itirdik”

Xarici futbol

"Mançester Yunayted" 35 yaşlı qapıçı transfer etdi

“Stok Siti”nin 35 yaşlı qapıçısı Li Qrant “Mançester Yunayted”ə keçir.

Futbolxeber.az saytının The Telegraph nəşrinə istinadən yaydığı məlumata görə, “Stok Siti” ilə müqaviləsi başa çatan kiperə “qırmızı şeytanlar” dəvət göndərib və onun üçün transfer məbləği ödəmədən müqavilə imzalayacaqlar.  Li Qrantla bir illik müqavilə imzalanacaq. Gənc qapıçıları təcrübə toplaması üçün müxtəlif klublara icarəyə verən “Mançester Yunayted” Li Qrantla qapıçı problemini aradan qaldırmaq niyyətindədi.

Li Qrant karyerası ərzində “Derbi”, “Börnli”, “Oldham”, “Şeffild Venzdi” klublarının qapısını qoruyub.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31