Xarici futbol
Aleksandr Starkov: "Azərbaycan millisi mənim üçün çox maraqlıdır"
İyunun 9-da futbol üzrə Azərbaycan milli komandası ilə yoldaşlıq oyunu keçirəcək Latviya yığmasının baş məşqçisi Aleksandr Starkovun “Report”a müsahibəsi
- Latviya və Azərbaycan yığmaları 4-cü dəfə qarşılaşacaqlar. İlk iki görüşdə hesab açılmadığı halda, 2004-cü ilə təsadüf edən qarşılaşmada 4 qolun vurulduğu heç-heçə qeydə alınıb. Növbəti duel barədə nə deyə bilərsiniz?
- Xatırlayıram, 2:2 hesabı ilə başa çatan matçda Latviya yığmasına mən rəhbərlik edirdim. Avropa çempionatı ərəfəsində yoldaşlıq oyunu keçirmişdik.
- Həmin Latviya yığması ilə indiki komanda arasında hansı fərqlər var?
- Tam fərqli nəsildir. Həmin vaxtı meydana çıxanlardan indi Latviya yığmasında məşqçi işləyən var. Məsələn, Vitali Astafyev və ya qapıçılar üzrə məşqçi Andrey Piedelsi qeyd edərdim. Bütöv bir nəsil dəyişib. Sözsüz ki, həmin komanda indikindən güclü idi. Hazırda komanda quruculuğunun başlanğıc mərhələsindəyik.
- Azərbaycan yığması ilə yoldaşlıq oyununun keçirilməsini necə razılaşdırdınız?
- Bu, milli federasiyaların rəhbərliyi və komandaların menecerlərinin səviyyəsində olan məsələdir. Bu barədə heç nə bilmirəm. Menecerimiz bildirdi ki, belə bir təklif var, mən də razılaşdım. Çünki rəqib komanda və vaxt məni qane edir. Şəxsi planda da Azərbaycan millisi mənim üçün çox maraqlıdır. Azərbaycanda "Bakı" klubunda çalışmışam, ölkənin futbolunu yetərincə tanıyıram və hörmət edirəm. Düşünürəm ki, Riqada da azarkeşlər üçün maraqlı oyun olacaq.
- Oyun Riqada, “Skonto” stadionunda keçiriləcək?
- Bəli, böyük ehtimalla elə olacaq.
- Ancaq hələlik oyunun keçiriləcəyi yer və stadion barədə məlumat verilməyib. Səbəb nədir?
- Oyunla bağlı stadionla razılaşma yoxdur. Lakin fikrimcə, bu, texniki məsələdir. Başqa səbəb yoxdur.
- Hər halda variantlarınız azdır və ən münasibi elə “Skonto”dur...
- Variantlar həmişə var (gülür).
- Latviya millisi iyunun əvvəllərində Baltika Kubokunda da iştirak edəcək. Bu turnir Azərbaycanla matçınız üçün çətinlik törətmir?
- Baltika Kuboku 2 oyundan ibarətdir. Litva və Estoniya ilə qarşılaşacağıq. Turnirdən 3 gün sonra Azərbaycan millisi ilə üz-üzə gələcəyik. Bu da bizim planlarımıza uyğundur. Matça çox yaxşı hazırlaşacağıq.
- Azərbaycanla görüşə ən optimal heyəti dəvət edəcəksiniz?
- Həmişə ən yaxşı formada olan futbolçuları dəvət edirəm. Bu dəfə də elə olacaq.
- Artıq üçüncü dəfədir Latviya yığmasına rəhbərlik edirsiniz. Komandanın hazırkı durumunu necə qiymətləndirirsiniz?
- Hazırda həm nəsil, həm də heyət dəyişikliyi gedir. Yığmanı ötən ilin yayında qəbul etmişəm. Heyətdə böyük dəyişikliklər baş verib. Millidə cəmi 4-5 oyun keçirən yetərincə çox sayda futbolçu var. Bu oyunçular kiçik təcrübəyə malikdirlər. Mart və iyun aylarında keçirəcəyimiz yoldaşlıq oyunlarında və Baltika Kubokunda futbolçularımız təcrübə, ustalıq əldə edəcəklər. Məqsədimiz Millətlər Liqasına yaxşı hazırlaşmaqdır.
- Millətlər Liqasında hədəfiniz nədir: Tarixinizdə ikinci dəfə Avropa çempionatına vəsiqə qazana bilərsiniz?
- Hədəfimiz yüksəkdir. Öncə qrup qalibi olmağı, daha sonra D Liqasında 1-ci yeri tutmağı qarşımıza məqsəd qoymuşuq. Necə olacağını heç kim planlaşdıra və ya zəmanət verə bilməz. Maksimum nəticə qazanmağa çalışacağıq. Yoxsa heç bir mənası olmaz.
- Azərbaycan millisi də Latviya yığması ilə birgə D Liqasında yer alıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv AVRO-2020-yə vəsiqə qazana bilər?
- Niyə də olmasın? UEFA seçmə mərhələlərdə favorit olmayan komandalar üçün Millətlər Liqasını fikirləşib. Yeni format yığmalar üçün çağırışdır. İslahatlar favorit sayılmayan milli komandaları Avropa çempionatına vəsiqə qazanmaq baxımından motivasiya edəcək.
- Adətən, yoldaşlıq oyunlarının nəticəsinin önəmli olmadığını söyləyirlər. Bu baxımdan, sizin üçün sərgiləyəcəyiniz futbol, yoxsa qeydə alınacaq hesab daha çox əhəmiyyət kəsb edir?
- Kim nə deyirsə-desin, idmanda ən başlıcası nəticədir. Maksimum nəticə qazanmağa çalışmaq lazımdır. Belə də futbolçularda və komandada inkişaf olacaq.
- Demək, Azərbaycanla matçda qələbəyə oynayacaqsınız...
- Qələbə üçün maksimum güc sərf etmək lazımdır. Lakin nəyin bahasına olursa-olsun, qələbə qazanmaq tapşırığı qoyulmamalıdır. Məsələn, rəqibi zədələmək və idmandan kənar davranış olmamalıdır. Bu, dövlət bayrağı altında keçirilən qarşılaşmadır. Əminəm ki, azarkeşlərə qələbə lazımdır.
- Həm “Skonto”da, həm də “Bakı”da işlədiyiniz müddətdə paralel olaraq Latviya millisinə də rəhbərlik edirdiniz. Hazırda Azərbaycan yığmasında da oxşar vəziyyətdir. Qurban Qurbanov həm də “Qarabağ”ın baş məşqçisidir. Bu təcrübə öz bəhrəsini verir? Məsləhətlərinizi eşitmək maraqlı olardı...
- Məsləhət verməyəcəyəm. Çünki Qurbanovu yaxşı xatırlayıram. O həm ciddi futbolçu olub, həm də ciddi məşqçidir. 2004-cü ildə bizimlə yoldaşlıq görüşündə penaltidən qol vurduğunu da xatırlayıram. Özü işinin öhdəsindən gələcək. Şəxsi təcrübəmə gəlincə, eyni vaxtda klubda və yığmada işləmək müsbət nəticə verdi. Belə vəziyyətdə hər şey həm məşqçidən, həm də klub və yığmadakı köməkçilərdən asılıdır. Çünki fiziki və psixoloji baxımdan yüklənmə olur. Burada gücü düzgün paylaşdırmaq lazımdır. Böyük ölkələrdə iki yerdə işləmək problemdir. Çünki komanda sayı çoxdur və məsafələr uzaqdır. Amma bu təcrübə Latviya yığmasının tarixi ərzində ən yaxşı nəticəni qazanmaqda bizə kömək etdi.
- Azərbaycan millisində yer alan futbolçuların çoxu Çempionlar Liqasında çıxış etmiş “Qarabağ”ın oyunçularıdırlar. Bu barədə nə deyə bilərsiniz?
- Ümumi götürsək, bu, Azərbaycan millisi üçün üstünlükdür. Onlar təcrübəli futbolçulardır və baş məşqçinin tələblərini yaxşı başa düşürlər. Müsbət haldır.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
21:06
Qurban Qurbanov: “Bunu düşünməyərək oyuna hazırlaşmışdıq”
-
20:42
Millimiz Avstraliyaya uduzdu
-
19:53
"Qarabağ" bir xalla kifayətləndi
-
15:28
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
-
13:39
Azərbaycanın veteran cüdoçuları daha bir medal qazanıblar
-
13:17
Balayev(lər)in sual fobiyası... - YAZI
-
13:00
Krivotsyukun komandası həlledici mərhələyə yüksəldi
-
12:44
Bakıda Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası
-
12:21
Mahirin komandası sonda bir xalı əldən verdi
-
12:07
Derbidə sevinən tərəf "Tottenhem" oldu VİDEO
-
11:55
Baklov səhvini etiraf etdi: “Rəqibin baş zərbəsi zamanı daha yaxşı oynaya bilərdim”
-
11:36
Nəriman yenə ehtiyatda oturdu
-
11:12
"Borussiya" sonda sevindi VİDEO
-
10:48
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
-
10:23
"Napoli" - "Roma" matçında 6 qol VİDEO
-
10:09
Balayev müsahibəni yarımçıq saxladı: “Səhv söhbətində...”
-
09:54
"Arsenal"ın qələbəsi VİDEO
-
09:31
Abdullazadənin komandası məğlub oldu
-
09:17
"Mançester Siti" səfərdə xalsız qaldı VİDEO
-
23:33
Ehtiram Quliyev: “Bu gün bir xal qazanmadıq, iki xal itirdik”
-
23:00
Prezident milli üzvləri ilə görüşdü: “Bütün qollar bir-birindən gözəl idi” FOTOLENT
-
22:14
Vernidub: “Bunu həzm edib, irəliyə baxmaq lazımdır”
-
21:49
"Neftçi" - "Turan Tovuz" matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
21:22
Kurban Berdıyev: “Xal itirdik”
-
21:07
İki güləşçimiz dünya çempionatının finalında
-
20:56
“Neftçi” qələbəni əldən verdi
-
20:51
DÇ: Millimizdən darmadağın
-
20:38
"Kəpəz"dən əzmkar qələbə VİDEO
-
20:25
Bakıda U-15 dünya çempionatının açılış mərasimi keçirilib
-
18:13
"Neftçi" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
15:59
Şahmatçılarımız Avropa Kubokunda 2 medal qazanıblar
-
14:04
Emil Mustafayev: “Təzyiq yox, motivasiya var idi”
-
13:42
FİFA və AFFA rəsmiləri Hövsan Yarış Kompleksində
-
13:27
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
-
12:51
Kişi voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:18
"Torino" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:00
Dimitri Leqbo: “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik”
-
10:45
"Ştudqart" öz meydanında uduzdu VİDEO
-
10:23
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazanıblar
-
10:09
"Kocaelispor"dan səfər qələbəsi VİDEO
-
09:54
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
-
09:32
Kökçü sevindi, Yunuszadə məyus oldu
-
09:17
Cəlalın komandasından səfər qələbəsi
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
25.10.2026
24.10.2026
23.10.2026
























