21 Oktyabr 2026, Çərşənbə
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”

Digər idman növləri

Qubada beynəlxalq şahmat festivalına start verilib

Qubada Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF) və "Ağ Top" Şahmat Klubunun birgə təşkilatçılığı ilə II "Quba Open 2026" beynəlxalq festivalının açılış mərasimi baş tutub.

Futbolxeber.az saytının məlumatına görə, açılış mərasimində çıxış edən AŞF prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov regional turnirlərin ölkədə şahmatın kütləviliyinin artırılmasındakı rolunu xüsusi qeyd edib. O, “Quba Open” Beynəlxalq Şahmat Festivalının “Azərbaycan Şahmat Turu”nun önəmli parçası olduğunu bildirib.

Xatırladaq ki, yarış şahmat ənənələrinin inkişafında və Quba şahmat məktəbinin formalaşmasında müstəsna xidmətlər göstərən beynəlxalq hakim Qüdrət İsmayılovun əziz xatirəsinə həsr olunub.

Turnirin ümumi mükafat fondu 24 420 manat təşkil edir. Yarışda 11 ölkədən 300-dən artıq şahmatçı mübarizə aparır.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31