19 Oktyabr 2026, Bazar ertəsi
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”

Digər idman növləri

Cüdoçularımız Avropa çempionatının ikinci yarış gününü mükafatsız başa vurublar

Azərbaycan cüdoçuları Monteneqronun paytaxtı Podqoritsada keçirilən gənclər arasında Avropa çempionatının ikinci gününü mükafatsız başa vurublar.

Futbolxeber.az saytının məlumatına görə, bu gün tatami üzərinə çıxan Əbil Yusubov (73 kq), Cəsur İbadlı və Mehdi Abbasov (hər ikisi 81 kq) fəxri kürsüdən kənarda qalıblar.

Cəsur İbadlı ilk iki görüşdə qələbə qazanaraq 1/4 finala yüksəlsə də, bu mərhələdə məğlub olub. 21 yaşlı cüdoçu təsəlliverici görüşdə də rəqibinə uduzaraq mübarizəni medalsız başa vurub.

M.Abbasov ikinci, Ə.Yusubov isə ilk qarşılaşmada tatamini məğlub tərk edib.

Hazırda Azərbaycanın hesabında 2 medal var. Daha əvvəl Ayxan Mirzəzadə (60 kq) və Məhəmməd Musayev (66 kq) qızıl medal qazanıblar.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31