24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Digər idman növləri

Sahil Babayev yenidən Boks Federasiyasının prezidenti seçilib

Azərbaycan Boks Federasiyasının ümumi yığıncağı keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov 2022-2026-cı illər ərzində federasiyada görülən işlərə dair hesabatı təqdim edib.

Bildirilib ki, Prezident İlham Əliyevin Azərbaycan idmanının inkişafına xüsusi qayğısı ölkə boksunun da yeni nailiyyətlər əldə etməsinə imkan verib. Boksçularımız son 4 ildə beynəlxalq yarışlarda 178-i qızıl, 165-i gümüş və 307-si bürünc olmaqla, ümumilikdə 650 medal qazanıb. Habelə bir neçə rəsmi yarışlarda yeni rekordlar müəyyənləşdiriblər. Gənc məşqçi və hakimlərin təcrübələrinin artırılması istiqamətində də mühüm addımlar atılıb, Bakı ilə yanaşı, bölgələrdə də boks idman növü üzrə maddi-texniki baza gücləndirilib.

Ardınca növbəti 4 il üçün federasiya rəhbərliyinə seçkilər keçirilib.

Səsvermənin nəticələrinə əsasən, Sahil Babayev yenidən Azərbaycan Boks Federasiyasının prezidenti, Natiq Həsənov və Vaqif Kazımov vitse-prezidentləri, Fuad Hacıyev və Rövşən Hüseynov İdarə Heyətinin üzvləri seçiliblər.

Sonda Sahil Babayev göstərilən etimada görə təşəkkürünü bildirib və federasiyanın qarşıdakı fəaliyyət planları barədə məlumat verib.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31