24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Digər idman növləri

İki qadın güləşçimiz Avropa çempionatının yarımfinalında

Azərbaycanın 2 qadın güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

Futbolxeber.az saytının məlumatına görə, Jalə Əliyeva (57 kiloqram) və Birgül Soltanova (65 kiloqram) 1/4 finalda rəqiblərinə qalib gələrək növbəti raunda adlayıblar.

Ruzanna Məmmədova (62 kiloqram) isə həmin mərhələdə uduzub.

Xatırladaq ki, Günay Qurbanova (59 kiloqram) bu gün bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.

Qeyd edək ki, Azərbaycan aprelin 26-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur. Daha əvvəl yunan-Roma güləşçiləri Həsrət Cəfərov (67 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) qızıl, Nihat Məmmədli (60 kiloqram), Rəşad Məmmədov (55 kiloqram) və İslam Abbasov (87 kiloqram) bürünc medal qazanıblar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31