4 Iyun 2026, Cümə axşamı
"Qəbələ" kapitanı ilə vidalaşdı
Yankoviç "Qarabağ"da qalır?
AVRO-2006: Millimiz final oyununa çıxır
Addaidən “Qarabağ” paylaşımı

Digər idman növləri

Şahmat üzrə Azərbaycan çempionatının I dəstəsində qaliblər müəyyənləşib

Şahmat üzrə Azərbaycan çempionatının I dəstə yarışlarına yekun vurulub.

Futbolxeber.az saytına bu barədə Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.

Respublika Şahmat Mərkəzində təşkil olunan yarışın nəticələrinə əsasən, Azərbaycan çempionatına vəsiqə qazanan şahmatçılar müəyyənləşib.

36 şahmatçının iştirak etdiyi kişilərin turnirdə Ümid Aslanov 7 xal toplayaraq 1-ci dəstəni zirvədə başa vurub. Onunla yanaşı, Rəvan Əliyev, Fərid Orucov, Kənan Qarayev, Şəmsi Qaraxanov, Rəvan Uğuzov, Kənan İsbatov, Paşam Əlizadə, Suat İbrahimli ilk "doqquzluq"da yer almaqla Azərbaycan çempionatında iştirak hüququ əldə ediblər. Namiq Quliyevin çempionatda iştirakdan imtina etməsi səbəbindən 10-cu yerə çıxan Allahverdi Həmidov də çempionata buraxılacaq.

18 iştirakçının qatıldığı qadınların mübarizəsində isə 8 xal toplayan Lalə Hüseynov birinci olub. Onunla yanaşı, Zəhra Allahverdi Azərbaycan çempionatına vəsiqə qazanıb.

Qeyd edək ki, yarışlar FIDE oyun qaydaları əsasında İsveçrə sistem üzrə 9 turdan ibarət olmaqla keçirilib. Yekun nəticədə I dəstədə kişilər arasında ilk 10, qadınlar arasında isə ilk 2 yerin sahibi Azərbaycan çempionatında iştirakını rəsmiləşdirib.

Ölkə çempionatı fevralın 6-22-si aralığında təşkil olunacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30