11 Sentyabr 2026, Cümə
V turun hakim təyinatları açıqlandı
Yankoviç “Turan Tovuz”da
“Zirə”də mərakeşli müdafiəçi
Dadaşov Ukrayna klubunda

Digər idman növləri

Kamandan oxatma üzrə ölkə birinciliyinin və çempionatının açılışı olub

Bakıda kamandan oxatma üzrə örtülü salonda ölkə birinciliyinin və çempionatının açılış mərasimi baş tutub.

Futbolxeber.az saytına Azərbaycan Kamandan Oxatma Federasiyasından verilən məlumata görə, qurumun baş katibi Fərid Xəlilov bildirib ki, ötən müddət ərzində federasiya tərəfindən idmançıların fiziki və texniki hazırlıqları, habelə yerli və beynəlxalq əhəmiyyətli yarışlarda iştirakının təmin edilməsi istiqamətində mühüm addımlar atılıb.

Gənclər və İdman Nazirliyinin Strateji Təhlil Sektorunun müdiri Ülviyyə Hacıyeva nazirlik tərəfindən idman sahəsində aparılan islahatların əhəmiyyətini qeyd edib. O, bu növ yarışların ölkədə idmanın kütləviliyinin artırılması və yüksək nailiyyətlər üçün sağlam rəqabət mühitinin yaradılması baxımından mühüm platforma olduğunu diqqətə çatdırıb.

Rəsmi hissədən sonra çempionatın təsnifat mərhələsi başlayıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30