Digər idman növləri
Azərbaycan millisi çövkən üzrə ilk Avropa çempionatında çıxış edəcək
Azərbaycan millisi iyunun 3-dən 7-nə qədər Polşanın Şonovitse şəhərində keçiriləcək ilk Avropa Çempionatında çıxış edəcək.
Futbolxeber.az saytının məlumatına görə, Beynəlxalq Çövkən Federasiyasının (BÇF) təşkilatçılığı ilə keçiriləcək yarışda Avropa qitəsini təmsil edən altı ölkə – Azərbaycan, Böyük Britaniya, Macarıstan, Malta, Polşa və Türkiyənin milli komandaları iştirak edəcək.
Çempionat çərçivəsində, iyunun 4-də tarixində Beynəlxalq Çövkən Federasiyasının üçüncü Baş Assambleyası da baş tutacaq. Assambleya zamanı yeni üzvlərin qəbulu, növbəti kontinental yarışların tarixləri və keçirilmə məkanları, eləcə də federasiyanın gələcək fəaliyyət istiqamətləri ətrafında geniş müzakirələr aparılacaq.
Qeyd edək ki, Beynəlxalq Çövkən Federasiyası tək illərdə kontinental çempionatlar, cüt illərdə isə dünya çempionatlarının təşkilini nəzərdə tutan uzunmüddətli yarış təqvimi formalaşdırıb. 2025-ci il ərzində Asiya, Cənubi Amerika, Afrika və Avropa çempionatlarının keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, Beynəlxalq Çövkən Federasiyası 2024-cü ilin fevral ayında 19 ölkənin iştirakı ilə Bakı şəhərində təsis edilmiş, nizamnaməsi təsdiq olunmuşdur. Elə həmin ilin iyun ayında keçirilən ikinci növbədənkənar Assambleya zamanı federasiyanın üzv ölkələrinin sayı 54-ə çatmışdır. 2024-cü ildə Azərbaycan paytaxtı Bakı şəhərində 10 ölkənin iştirakı ilə ilk Çövkən üzrə Dünya Çempionatı təşkil olunmuş və Azərbaycan komandası birinci yeri tutaraq ilk dünya çempionu adını qazanmışdır. Elə həmin Assambleyada qəbul edilmiş qərara əsasən, növbəti dünya çempionatı da 2026-cı ildə yenidən Bakıda keçiriləcək.
Çövkən Azərbaycan üçün təkcə idman növü deyil, həm də xalqın qədim mədəni irsinin daşıyıcısıdır. Bu baxımdan, 2013-cü ildə UNESCO tərəfindən "Təcili qorunması zəruri olan qeyri-maddi mədəni irs" siyahısına daxil edilməsi, çövkənin Azərbaycan xalqı üçün nə qədər mühüm əhəmiyyət daşıdığını bir daha təsdiqləyir. Hazırda ölkəmizdə bu qədim atüstü oyunun dirçəldilməsi və beynəlxalq miqyasda təbliği istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirilir.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- II turun hakim təyinatları açıqlandı
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
-
19:29
"Şahdağ Qusar" daha bir iddialı rəqibini məğlub etdi
-
18:42
Azərbaycan millisi Moldovaya məğlub oldu
-
18:13
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
-
18:01
Maykl Karrik “Sabah”la oyundan danışdı
-
17:38
Milli Paralimpiya Komitəsində parataekvondoçularla görüş keçirilib
-
16:55
16 cüdoçumuz Budapeştdəki “Böyük Dəbilqə” turnirində mübarizə aparacaq
-
16:24
Azərbaycan millisinin üzvü "Turan"a transfer olunub
-
16:00
Azərbaycanın iki paraüzgüçüsü Avropa çempionatında finala yüksəlib
-
15:47
Millimiz yenə gürcülərə uduzdu - bu dəfə darmadağın
-
15:16
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
-
14:59
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə I dan dərəcəsi üzrə imtahan keçiriləcək
-
14:32
"Araz-Naxçıvan"ın hücumçusu Burundi millisinə dəvət olunub
-
14:03
Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişdirilib
-
13:41
Azərbaycan paralimpiyaçısı dünya reytinqində 8-ci pilləyə yüksəlib
-
13:28
Cüdonun kata növü üzrə Azərbaycan çempionatı keçiriləcək
-
13:15
Amerikalı oyunqurucusu "Neftçi"də
-
12:54
"Murov Az Terminal"dan növbəti transfer
-
12:37
Azərbaycanın kayak və kanoeçiləri Belarusda mübarizə aparacaqlar
-
12:00
"Borussiya" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:46
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:29
Tələbələrin dünya çempionatında qalib olan ilk Azərbaycan atleti
-
11:12
"Sabah" braziliyalı hücumçu ilə gücləndi
-
10:53
Millimizin rəqibi Gürcüstana qalib gəlib
-
10:31
“Rakuv”un yeni baş məşqçisi müəyyənləşdi
-
10:08
AFFA-nın “yad balaları” və ya “Şəfa”lı dejavü...
-
09:45
Zubirin transferində gözlənilməz problem
-
09:24
“Kür-Araz" - "Şəki" matçında 3 qol VİDEO
-
18:17
Yeni klubu Koxalskini təqdim etdi
-
17:43
II Liqada 12 oyunun vaxtı açıqlandı
-
17:05
"Neftçi" kanadalı legionerlə müqavilə bağlayıb
-
16:29
“Karvan-Yevlax” koreyalı legioner transfer etdi
-
15:58
“Sumqayıt”dan azarkeşlərə jest
-
15:36
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda
-
15:12
"Kəpəz" - "Qəbələ" oyunu bir dəqiqəlik sükutla başlayacaq
-
15:00
Mateuş Koxalski: "Qarabağ"da Çempionlar Liqasında oynamaq arzumu gerçəkləşdirdim"
-
14:44
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat VİDEO
-
14:21
Koxalski “Qarabağ”dan rəsmən getdi
-
14:07
Bakı İqlim Həftəsi çərçivəsində "Neftçi"nin U-16 komandası üçün seminar keçirilib
-
13:53
“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
-
13:35
Orxan Məmmədov Filipp Cuda ilə görüşündən yazdı
-
13:19
AFFA-dan 4 klubu cərimələdi
-
12:48
Azərbaycan velosipedçisi Almatıda 4-cü olub
-
12:26
Azərbaycan Qran-prilərində marşal olmaq üçün 35 mindən çox müraciət qeydə alınıb
-
12:00
Meriç Azərbaycan Basketbol Federasiyasında yeni vəzifəyə təyin olunub
-
11:32
Bülənt Qorxmaz istefaya göndərildi
-
11:14
"Səbail" fransız yarımmüdafiəçi transfer etdi
-
10:51
Yağışdan çıxıb yağmura düşən Şevel: “Hədəfim “Neftçi” ilə birlikdə böyük uğurlar qazanmaqdır”
-
10:27
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:03
Toral oynadı, "Bursaspor" qalib gəldi
-
09:45
“Latsio”dan əzmkar qələbə VİDEO
09.09.2026
08.09.2026
























