25 Oktyabr 2026, Bazar günü
Millimiz Andoraya qalib gəldi
Balayev(lər)in sual fobiyası... - YAZI
Kurban Berdıyev: “Xal itirdik”
“Neftçi” qələbəni əldən verdi

Digər idman növləri

Azərbaycan triatlonçuları IRONMAN seriyasında iştirak ediblər

Azərbaycan triatlonçuları Danimarkanın paytaxtı Kopenhagendə keçirilən IRONMAN (dəmir məsafə) seriyasının növbəti yarışında iştirak ediblər.
 
Futbolxeber.az saytının məlumatına görə, ümumilikdə 2500-ə yaxın idmançının gücünü sınadığı turnirdə Aleksandr Mordasov, Samir Cavadov, Teymur Fərəcov, Rabiyə Orucova, Kamil Əliyev və Kamram Əbilov “Triterra”, Elçin Bəkirov isə “Tristar” klubunu təmsil ediblər.
 
Adı çəkilən triatlonçuların hamısı 3,8 km üzüb, 180 km velosiped sürüb və 42 km qaçıblar. Bu səbəbdən onlar IRONMAN tituluna sahib çıxanlar sırasında yer alıblar.
 
Azərbaycan idmançıları arasında ən yaxşı göstəriciyə Teymur Fərəcov nail olub. O, 9 saat 56 dəqiqə 6 saniyəyə finişə çatıb. Kamran Əbilov və Samir Cavadov isə ilk dəfə bu turnirdə mübarizə aparıblar.
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31