24 Avqust 2026, Bazar ertəsi
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord

Digər idman növləri

Millimiz Almaniyaya məğlub oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında ilk məğlubiyyətini alıb.

Futbolxeber.az saytının məlumatına görə, C qrupunda yer alan yığma Almaniyanın Düsseldorf şəhərində reallaşan görüşdə yerli komandaya uduzub.

İlk turda Çexiyanı üstələyən (3:0) Ataman Güneyligilin yetirmələri almanlarla matçın yalnız bir setində rəqibdən güclü olublar. Ancaq bu, uğurlu nəticə üçün kifayət etməyib. Yekunda millimiz almanlara - 1:3 (13:25, 22:25, 25:12, 14:25) hesabı ilə məğlub olub.

Qrupun digər qarşılaşmasında Yunanıstan komandası İsveçə 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Azərbaycan millisi qrupda üçüncü oyununu avqustun 20-də Türkiyəyə qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31