19 Oktyabr 2025, Bazar günü
Vensan Abubakar Bakıya gəldi
Saşa İliç qələbəni şərh etdi
"Sumqayıt" darmadağınla III pillədə
"Kəpəz" və "Qarabağ" qalib gəldi

Digər idman növləri

Millimiz Bolqarıstana da uduzdu

Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində ikinci oyununa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, “A” qrupunda yer alan Vasif Talıbovun komandası Bolqarıstanla üz-üzə gəlib. Oyun rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu, bolqarların qrupda son oyunu olub. Yığmamız qalib gələn Bolqarıstan yığması əvvəlki 2 oyununda məğlub olmuşdu.

Komandamız isə ilk turda Niderlanda 0:3 hesabı ilə məğlub olub. “Narıncılar” Polşa 1:3 hesabı ilə uduzublar.

Hazırda Polşanın (2 oyun) və Niderlandın (3 oyun) 6 xalı, Bolqarıstan isə 3 xalı var. Xalsız olan yığmamız son turun nəticəsindən asılı olmayaraq, yarımfinala yüksəlmək şansını itirib.

9 yanvar

Bolqarıstan - Azərbaycan 3:1 (25:23, 25:19, 21:25, 25:21)

Apeldorn. "Omnisport" salonu

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31