20 Yanvar 2026, Çərşənbə axşamı
Millimiz FİFA reytinqində neçəncidir?
"Ayntraxt" Bakıda məşq etməyəcək
"Araz-Naxçıvan"dan 4 qollu qələbə
“Turan Tovuz” ilk oyununda məğlub oldu

Digər idman növləri

Rio-2016: Hayle İbrahimov mübarizəni dayandırdı

Rio-2016-da atletika yarışları davam edir. Futbolxeber.az saytının məlumatına görə, yarışın XII günündə Azərbaycan yığmasının daha bir atleti start xəttinə çıxıb.

Milliləşdirilmiş legionerimiz Hayle İbrahimov 5000 m məsafəyə qaçışda sürətini yoxlayıb. Təmsilçimiz I yürüşdə mübarizəyə qoşulub və finiş xəttini 7-ci keçib. O, bu məsafəni 13 dəqiqə 27,11 saniyəyə qət edib.

5000 m məsafəyə qaçışda ümumilikdə 50 atlet qüvvəsini sınayıb və idmançımız yekun nəticədə 19-cu yeri tutub. Bu isə onun finala yüksəlməsi üçün kifayət etməyib.

Qeyd edək ki, ondan öncə mübarizə aparan atletlərimizdən Anna Skidan (çəkicatma) 13-cü, Nazim Babayev (üçtəkanla tullanma) 25-ci pillədə başa vurub. Qarşıdakı günlərdə isə Evans Kiplaqat (marafon) da nəyə qadir olduğunu nümayiş etdirəcək (apasport.az).








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31