11 Avqust 2026, Çərşənbə axşamı
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi

Digər idman növləri

"Şumaher müalicəyə müsbət reaksiya verir"

"Formula-1"in məşhur alman pilotu Mixael Şumaher 2013-cü ilin sonlarında xizək sürərkən yıxılaraq aldığı kəllə-beyin travmasından sonra aparılan müalicəyə müsbət reaksiya verir. Futbolxeber.az saytının məlumatına görə, bu barədə Britaniyanın "Mirror" nəşrinə açıqlamasında "Ferrari" avtomobil şirkətinin sabiq prezidenti və Direktorlar Şurasının sədri Luka di Montedzemolo bildirib.

"Onun müalicəyə cavab verməsinə görə çox şadam. Şumaherin xaraktercə necə güclü insan olduğunu gözəl bilirəm. Əminəm ki, məhz bu xüsusiyyətinin sayəsində o, hazırkı çox çətin vəziyyətdən çıxa biləcək", - deyə di Montedzemolo vurğulayıb.

Xatırladaq ki, M.Şumaher 2013-cü ilin dekabrında Fransanın Maribel bölgəsində dağda xizək sürərkən yıxılıb və beynin hər iki yarımkürəsində çoxlu xəsarətlər və qanama olmaqla ağır kəllə-beyin travması alıb. O, 2014-cü ilin sentyabr ayından bəri İsveçrədəki - Cenevrə gölünün yaxınlığında yerləşən villasında bərpa kursu keçir (“Report”).








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31