1 Yanvar 2026, Cümə axşamı
Enzo Mareska “Çelsi”dən qovuldu
"Turan Tovuz"da ayrılıq
16 turda 16 böyükhesablı nəticə
Sxadadze 4 oyunluq cəzalandırıldı

Digər idman növləri

Könüllülər arasında şahmat turniri keçirildi

Bakı Şahmat Olimpiadasının könüllüləri arasında şahmat turniri təşkil olunub. Futbolxeber.az saytının məlumatına görə, İsveçrə sistemiylə keçirilən yarış 5 turdan ibarət olub. Tunnirin qalibi adını 5 oyundan 4.5 xal toplayan Murad Həşimov qazanıb.

5 oyundan 4 xal toplayan 4 könüllü arasında 2-3 cü yerin sahibini müəyyən etmək üçün tay-brek oynanılıb. Yekun nəticələrə əsasən Pünhan Talıbxanlı və Kənan Namazlı müvafiq olaraq 2-3-cü yerləri tutub. Qızlar arasında ən yaxşı nəticəni 5 oyundan hərəyə 3,5 xal toplayan  Aysel Məmmədzadə və Aytac Zülfüqarlı əldə edib.

Yarışın mükafatçılarına kubok, medal və müxtəlif dəyərli hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Bakı Şahmat Olimpiadasının könüllüləri arasında şahmat turnirinin keçirilməsində əsas məqsəd şahmat biliklərinin artırılması, qaydaların mənimsəilməsi, könüllülərin komanda quruculuğunun daha da möhkəmləndirilməsidir.

Bakı Şahmat Olimpiadasının mətbuat xidməti








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31