18 May 2026, Bazar ertəsi
Aleksandr Ramalinqomun yubiley qolu
Abubakar “Bursaspor”a keçir?
“Uşaqlar maksimumunu ortaya qoydu”
"Neftçi" və "Zirə" qalib gəldi

Digər idman növləri

Rio-2016: Velosipedçimiz çıxışını başa vurdu

Rio Yay Olimpiya Oyunlarında velosiped idmanı üzrə yarışlar davam edir. Futbolxeber.az saytının məlumatına görə, təmsilçimiz Olqa İsmayılova bu gün sprinter növündə mübarizəyə start verib.

Yarışa təsnifat mərhələsindən başlayan İsmayılova 1/16 final mərhələsinə yüksəlməyi bacarıb. O, təsnifat mərhələsində 11.152 saniyə göstərici ilə 27 nəfər arasında 18-ci olaraq 1/16 finala vəsiqə qazanıb.

Yarışın bu mərhələsində velosipedçimiz, təsnifatda Olimpiya rekordunu yeniləməklə 1-ci olan Böyük Britaniyalı Rebekka Ceymslə mübarizə aparıb və rəqibinə məğlub olub.

Bu isə o deməkdir ki, Olqa İsmayılova təsəlliverici yürüşdə iştirak etməklə 1/8 finala adlamaq şansını saxlayır. Bunun üçün o, Hollandiya və Avstraliya velosipedçiləri ilə mübarizədə finiş xəttini birinci keçməlidir. Lakin idmançımız yürüşdə ikinci olduğundan, 1/8 finaldan kənarda qalıb. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31