17 Noyabr 2025, Bazar ertəsi
Didye Deşamdan qələbə şərhi
Millimiz Fransaya uduzdu
U-19 millimiz yenə məğlub oldu
“Hücum etməyə çalışacağıq”

Digər idman növləri

Çində 1-ci mərhələ

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku Cycling Project" Çində start götürən sayca 14-cü "Tour de Qinghai Lake" yürüşündə iştirak edir. Futbolxeber.az-ın məlumatına görə, Beynəlxalq Velosipedçilər İttifaqının 13 mərhələdən ibarət 2-ci kateqoriyalı yarışında 23 komanda iştirak edir ki, onların da içərisində 1 Dünya Turu, 3 Pro-kontinental və 19 kontinental klub var.

Nüfuzlu yarışda "Synergy Baku" 7 velosipedçi ilə təmsil olunur. Sinin şəhərində təşkil olunan ilk dairəvi mərhələdə iştirakçılar şəhər küçələri ilə 121 km məsafə qət ediblər. Komanda üzvlərimizdən ən yüksək göstərici Yannis Tamuridisə məxsusdur - o, finişi mərhələ qalibi, Sloveniyanın "Adria Mobil" komandasının üzvü Marko Kumpla eyni vaxtda keçsə də, fotofinişə əsasən 6-cı olub. Həmin pelotonun içərisində olan Maksim Averin 12-ci, Aleksandr Surutkoviç isə 14-cü nəticə göstərib.

Bu gün iştirakçılar Duobadan Datonqa qədər olan 188 km məsafəni qət etməlidirlər. "Tour de Qinghai Lake" yürüşünə iyulun 18-də yekun vurulacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30