10 Oktyabr 2026, Şənbə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

Ceyhun Nuriyev: “Ən azı heç-heçəyə layiq oyun göstərdik”

“Ən azı heç-heçəyə layiq oyun göstərdik. Matça yaxşı başlamışdıq. Erkən qol bizi bir qədər sarsıtdı. Bir xalı haqq edirdik. Komanda get-getə daha yaxşı formaya düşür. Mübarizə əzmimiz daha da artıb. Nəticə qazanmağa hazırıq. “Qarabağ”la matçda qol epizodlarından vaxtında yararlansaydıq, ən azı 1 xal qazana bilərdik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Ceyhun Nuriyev Azərbaycan Premyer Liqasının IV turunda “Qarabağ”a 2:3 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.

Yarımmüdafiəçi hər iki qolu standart vəziyyətdən vurmalarına belə münasibət bildirib: “Qarabağ”ın standart vəziyyətlərini analiz etmişdik. Bəli, boşluqları var idi. Bu boşluqları bilirdik. Demək olar ki, o boşluqlardan da qollar vurduq”.

“Araz-Naxçıvan”ın cari mövsümdəki hədəfi nədir?” sualını Nuriyev belə cavablandırıb: “Hazırda hədəflər barədə danışmaq tezdir. Çünki geridə qalan turlar ərzində qələbə qazana bilməmişik. İlk növbədə qalib gəlməliyik. Üçüncü dövrədə hədəflər barədə danışmaq olar. Hazırda hədəf qalib gəlməkdir”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31