24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

“Kəpəz”in veteranı vəfat edib

Azərbaycan futbolunda ağır itki üz verib.

Futbolxeber.az saytının məlumatına görə, "Kəpəz"in veteran futbolçusu Mehman Hacıyev vəfat edib. Bu haqda Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

52 yaşında gözlərini əbədi yuman M.Hacıyev "sarı-göylər"in tarixi uğurlarında böyük pay sahiblərindən biri olub. O, “Kəpəz”in heyətində iki dəfə Azərbaycan çempionu titulunu, eləcə də ölkə kubokunu qazanıb.

M.Hacıyev peşəkar futbolçu karyerasını başa vurduqdan sonra məşqçilik fəaliyyəti göstərib. O, öncə “Kəpəz”in əvəzedicilərdən ibarət kollektivində (2010-2013-cü illər), daha sonra isə əsas komandada çalışıb.

"Kəpəz" mərhumun əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, onlara səbir diləyib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31