24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək ÇSKA (Sofiya, Bolqarıstan) - “Qarabağ” oyunu üçün vauçerlər bu gün saat 17:00-dan etibarən satışda olacaq.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti açıqlama yayıb.

Bildirilib ki, görüşü “Natsionalen Stadion Vasil Levski” stadionunda izləmək və komandanı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər bu gün saat 17:00-dan etibarən iTicket.az vasitəsilə onlayn satışa çıxarılacaq. Biletlərin qiyməti 28 AZN-dir.

Qeyd olunub ki, "Qarabağ" azarkeşləri üçün “Natsionalen Stadion Vasil Levski” stadionunda 800 yer ayrılıb.

Həmçinin klub azarkeşlərdən vauçerləri alarkən e-mail ünvanlarını düzgün qeyd etmələrini xahiş edib. Vauçerlər əldə edildikdən sonra, oyun gününədək, alış zamanı qeyd olunan e-mail ünvanına biletlər göndəriləcək.

Açıqlamada vurğulanıb ki, bilet əldə edən şəxslərdən stadiona gələrkən şəxsiyyətlərini təsdiq edən sənədi özləri ilə gətirmələri xahiş olunur.

Qeyd edək ki, ÇSKA (Sofiya, Bolqarıstan) - “Qarabağ” oyunu iyulun 30-da Bakı vaxtı ilə22:00-da, yerli vaxtla isə 21:00-da başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31