25 Oktyabr 2026, Bazar günü
Kurban Berdıyev: “Xal itirdik”
“Neftçi” qələbəni əldən verdi
DÇ: Millimizdən darmadağın
“Qəbələ” və “Zirə” qalib gəldi

Ölkə futbolu

Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat

FİFA referiləri Əliyar Ağayev və Tural Qurbanov milli komandaların beynəlxalq yoldaşlıq oyunlarına təyinat alıblar.

Futbolxeber.az saytının məlumatına görə, Əliyar Ağayev Minskdə keçiriləcək Belarus - Suriya matçını idarə edəcək. Belarus millisinə məxsus stadionda baş tutacaq görüşdə Zeynal Zeynalov və Elşad Abdullayev köməkçi, yerli referi İhar Şumilau dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Tural Qurbanov isə Kişinyov şəhərində yerləşən “Zimbru” stadionunda Moldova - Bolqarıstan qarşılaşmasının baş hakimi olacaq. Ona Akif Əmirəli və Cəmil Quliyev köməklik göstərəcəklər. Moldovalı Roman Jitari dördüncü hakim kimi fəaliyyət göstərəcək.

Hər iki oyun bu gün keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31